Qəbul imtahanlarında daha bir yenilik tətbiq olunacaq

Qəbul imtahanlarında daha bir yenilik tətbiq olunacaq
  17 Noyabr 2018    Oxunub:11343
"Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır. "Şagirdlərin danışmaq standartlarını da yoxlamağa hazırıq. Amma iki il yarım biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialızımız var".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib. "Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün biz texnoloji, metodoliji, elmi cəhətdən hazırıq. Bunun üçün kifayət qədər resurs laızmdır, o resurlar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti