İsrail Qəzzada əməliyyatı genişləndirməyə hazırlaşır

İsrail Qəzzada əməliyyatı genişləndirməyə hazırlaşır
  17 May 2025    Oxunub:396
Qəzza zolağına hücumlarını gücləndirən İsrail ordusu orada aparılan hərbi əməliyyatın miqyasını genişləndirməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin bəyanatında belə deyilir.

“Son gün ərzində İsrailin Müdafiə ordusu əməliyyatları genişləndirmək və müharibənin məqsədlərinə çatmaq, o cümlədən girovların azad olunması və HƏMAS-ın məhvi, Qəzza zolağının ərazilərində operativ nəzarət yaratmaq üçün kütləvi zərbələr endirməyə və qoşunları səfərbər etməyə başlayıb. ÇAXAL-ın qoşunları İsrailin mülki vətəndaşlarını qorumaq və müharibə məqsədlərinə çatmaq üçün fəaliyyətini davam etdirəcək”, - bəyanatda vurğulanır.

İsrail ordusu bildirib ki, bu, “Gideonun arabaları” adlı daha əvvəl elan edilmiş əməliyyatın birinci mərhələsidir. “Kan” dözlət televiziyası daha əvvəl genişləndirilmiş hərbi əməliyyatın məqsədinin “Qəzza zolağında HƏMAS-ın məğlub edilməsi və sakitləşdirilməsi” , həmçinin “bütün girovların azad edilməsi” olacağı barədə məlumat yaymışdı.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: İsrail   Qəzza   əməliyyat  





Xəbər lenti