“Azərsu” “Caspian Ecology” sərgisində
Eyni zamanda 2015-ci ildə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində ən son texnologiyalarla emal olunan suyun ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətə malik olması, eləcə də ölkəmizin digər su mənbələrində suyun emalının ekoloji aspektləri barədə ziyarətçilərə ətraflı məlumat verilir. 2013-cü ildə istifadəyə verilmiş “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası haqqında məlumatlar da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan verir.
Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədilə Abşeron yarımadasında kanalizasiya infrastrukturu yenidən qurulur. Tullantı sularının təmizləyici qurğulara yönəldilməsi məqsədilə Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorları tikilib. Hazırda Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Yeni qurğu istismara verildikdən, eləcə də ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq.
“Azərsu”nun həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılır və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
Qeyd edək ki, Xəzəryanı və Qafqaz regionunda ekologiya və ətraf mühitin qorunması sahəsində ən iri tədbir olan “Caspian Ecology” sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edir.
Azvision.az