Nazirliyə bir ayda 11 min müraciət edilib
Daxil olmuş müraciətlərdən 80,3%-i tam, 0,2%-i qismən həllini tapıb, 17,7%-i barədə müvafiq izahatlar verilib, 0,7%-i baxılmamış saxlanılıb, 0,7%-i əsassız sayılıb, 0,4%-i aidiyyəti üzrə göndərilib, 0,1%-i ilə bağlı icraata xitam verilib. Müsbət həll olunmuş müraciətlərin
56%-i müxtəlif arayışların alınması, 24%-i kameral vergi yoxlamaları, 9,9%-i vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub. Ay ərzində vergi orqanlarının aidiyyəti struktur vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 438 vətəndaş qəbul edilib.
Azvision.az