İl ərzində satılan evlərin 60 faizi vergidən kənarda qalır
Qeyd olunub ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 milyon 503,6 min kvadratmetr təşkil edib: "Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur. Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinə əsasən, mənzil və qeyri-yaşayış sahəsinin alğı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib. Bu fakt onu göstərir ki, il ərzində satılmış mənzillərin təxminən 40 faizi vergiyə cəlb olunur, 60 faizi isə vergidən kənarda qalır".
Azvision.az