Növbəti hərracın vaxtı açıqlandı

Növbəti hərracın vaxtı açıqlandı
  06 Noyabr 2018    Oxunub:6410
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən Azvision.az-a verilən məlumata görə, bu ayın ilk hərracında özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Ağdaş və Gəncə şəhərlərində yerləşir. Xidmət sahəsində əlverişli fəaliyyətə imkan verən belə obyektlərdən biri Bakının Xətai rayonu, S.Senyuşkin küçəsindədir.

Ümumi faydalı sahəsi 49.9 kv.m olan bu dövlət əmlakı üçün 2 vətəndaş sifariş verib. Hərracda 12 min 500 manat təklif edən iştirakçı prosesin qalibi olub. Digər bir iaşə obyekti kimi istifadəyə imkan verən əmlak Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 15.1 kv.m-dir. Yerləşdiyi ərazi və uyğun satış qiyməti ilə bu obyekt sahibi üçün kiçik sahibkarlıq fəaliyyətində əlavə imkanlar yarada biləcək.

Bu dəfə özəlləşməyə çıxarılan nəqliyyat vasitələrindən biri olan "Fiat Doblo" markalı avtomobil də vətəndaş marağına səbəb olub. Belə ki, bu avtomobilin hərracında vətəndaş son qiymət olaraq 3 min 500 manat təklif edib.

Qeyd edək ki, 13 noyabrda növbəti hərrac təşkil ediləcək. Bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Azvision.az


Teqlər: Hərrac   Əmlak  





Xəbər lenti