Mürsəliyev təsəlliverici görüşə çıxacaq

Mürsəliyev təsəlliverici görüşə çıxacaq
  28 Oktyabr 2018    Oxunub:7020
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Azvision.az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.

Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz bu gün təsəlliverici görüşə çıxacaq.

Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti