Sumqayıtda ana və qızını maşın vurub

Sumqayıtda ana və qızını maşın vurub
  25 Oktyabr 2018    Oxunub:6647
Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yerli sakinlər - 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan? onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az



Teqlər: Piyada   Maşın  





Xəbər lenti