Bakı metrosunda problem yaranıb - (VİDEO)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az-a bildirib ki, "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranıb.
B. Məmmədov qeyd edib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur.
Aytən Zəhra
Azvision.az