“Bu xəbəri təbəssümlə qarşıladım” -İvanişvili

“Bu xəbəri təbəssümlə qarşıladım” -İvanişvili
  06 Mart 2013    Oxunub:1479
Gürcüstanın baş naziri Bidzina İvanişvili hesab edir ki, Rusiya prezidenti ilə görüş barədə danışmaq hələlik tezdir.
Bu barədə Bidzina İvanişvili bu gün “İmedi” telekanalına müsahibəsində deyib.
Rusiyanın “İzvestiya” qəzeti bu gün qeyd edib ki, Moskva Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşə hazırlaşır. Xəbərdə bildirilir ki, bu məqsədlə Moskvada artıq Gürcüstan dövlət bayraqları da alınıb.

“Bu barədə eşidəndə, şəxsən mənə bu məlumat xoşuma gəldi. Əlavə heç bir şey deyə bilmərəm. Biz heç bir məxfi işlərlə məşğul olmuruq. Biz əldə etdiyimiz bütün məlumatları ictimaiyyətə təqdim edirik. Lakin qəzetdə yazılanı oxuyanda mən şəxsən çox məmnun oldum və bu xəbəri təbəssümlə qarşıladım. Əgər Rusiyada bu cür təəssürat yaranırsa və proseslərdə dəyişiklik baş verirsə - bu çox yaxşı bir haldır. Görüşə gəlincə, düşünürəm ki, bu barədə danışmaq hələlik tezdir. Mənin prinsipial mövqem ondan ibarətdir ki, biz mütləq Rusiya ilə münasibətlərimizi bərpa etməliyik və baxmayaraq ki, bu məsələ Saakaşvilini çox qıcıqlandırır, biz bunun üçün əlimizdən gələni edəcəyik”, deyə Bidzina İvanişvili bəyan edib. /apa/


Teqlər:  





Xəbər lenti