Nazir: `TANAP qazın qiymətinin aşağı salınmasına imkan verəcək`

Nazir: `TANAP qazın qiymətinin aşağı salınmasına imkan verəcək`
  18 Oktyabr 2013    Oxunub:1474
Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) Türkiyədə qazın qiymətinin aşağı salınmasına imkan verəcək.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız danışıb.

O bildirib ki, TANAP layihəsi iqtisadiyyat sahəsində əhəmiyyətli layihələrdən biridir.

Nazirin sözlərinə görə, Türkiyə qazı aşağı qiymətlərlə əldə etmir, lakin onun satışı zamanı istehlakçıların imkanları nəzərə alınır.

T.Yıldız, həmçinin vurğulayıb ki, 2012-ci ildə Türkiyədə 45,5 milyard kubmetr qaz istehlak edilib.


Teqlər:  





Xəbər lenti