Türkiyəyə gedən maşından 104 kq heroin aşkarlanıb
Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində X-ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində 104 kiloqram 530 qram heroinin aşkarlanması Naxçıvan gömrükçülərinin bu sahədə ən böyük nailiyyəti olub.
Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9,5 qram marixuana, 100 ədəd tramadol adlı güclü təsiredici psixotrop maddə saxlanılıb. Hesabat dövründə psixotropmaddələrin muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 36 min tabletdən çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da 34min tabletdən çoxu psixotrop tərkibli olub. Gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 73 icraat aparılıb və 23 min 800 manat cərimə ödənişi təmin olunub.
AzVision.az