AzVision.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin birinci yarısında faiz gəlirləri illik müqayisədə 16% azalaraq 843,3 mln. manat, faiz xərcləri 38% azalaraq 299,0 mln. manata enib. Faiz gəlirinin 584,3 mln. manatını kreditlər üzrə faizlər, faiz xərclərinin isə 189,8 mln. manatını depozitlər üzrə faiz xərcləri təşkil edib. Birinci yarımildə qeyri-faiz gəlirləri 249,5 mln. manat, qeyri-faiz xərcləri 485,1 mln. manat təşkil edib.
Bu da öz növbəsində illik müqayisədə müvafiq olaraq 46% və 2% çoxdur. Nəticədə bank sektorunun əməliyyat mənfəəti 308,6 mln. manat təşkil edib. Bundan isə 258,4 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
AzVision.az