Ölkəyə rüsumsuz gətirilən içki və siqaretin miqdarı azaldılıb
Belə ki, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə əsasən fiziki şəxs buna qədər fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi.
Məcəllənin həmin bəndində edilən dəyişikliyə əsasən isə bundan sonra fiziki şəxs fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.
AzVision.az
Teqlər: Gömrük Siqaret İçki Araq