Maşınların qiyməti 10 faiz bahalaşıb - Səbəb
Bunu AzVision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, avtomobil bazarında bahalaşma təklif portfelinin həcminin daralması ilə əlaqədardır.
Ekspert qeyd edib ki, qiymət artımı 5-10 faiz civarindadır. R.Osmanlı bahalaşmanın müvəqqəti olduğunu, mövsüm başa çatdıqdan sonra qiymətlərin bir qədər ucuzlaşacağını qeyd edib.
Qeyd edək ki, son günlər avtomobil bazarlarında durğunluq hökm sürür. Bazarda təklif çox olsa da, alıcı azdır. Buna səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Nisbətən ucuzlaşma isə kondisoneri olmayan avtomobillərin satışında müşahidə edilir. Ümumilikdə isə qiymətlərin qalxması bazarda durğunluq yaradıb.
Aytən Zəhra
AzVision.az