Bu il ölkəyə 9588 maşın gətirilib
Statistik göstəricilərə əsasən 2017-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.
Narahatçılıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir. Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur.
AzVision.az
Teqlər: Avtomobil