BTC ilə 16,5 milyon ton neft göndərilib

BTC ilə 16,5 milyon ton neft göndərilib
  14 İyul 2018    Oxunub:3445
İlin birinci yarısında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 340,3 min ton neft nəql olunub. Nəqletmənin 81,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 milyon 552 min ton neft ötürülüb. Altı ayda BTC ilə 3 milyon 220,5 min ton tranzit neft də nəql edilib.

AzVision.az


Teqlər: BTC  





Xəbər lenti