Suriya büdcəsi 100 milyard dollar ziyana düşüb

Suriya büdcəsi 100 milyard dollar ziyana düşüb
  16 Oktyabr 2013    Oxunub:1242
Suriyada baş verən son hadisələr nəticəsində dövlət büdcəsinə rekord ziyan dəyib.
Azvsison.az “The Moscow Post”a istinadən xəbər verir ki, ziyan dəymiş rəqəm 100 milyard dollara yaxın hesab edilir. Bu barədə `Rossiya 24` kanalına müsahibə verən Suriya Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Karri Cəmil xəbər verib.

`İtkilər haqda ilkin araşdırmalar bizə 100 milyard dollar olduğun göstərir. Aşağı-yuxarı 10 faiz ola bilər o da ona görə ki. hələ araşdırmalar tam bitməyib. UDM minimum 30 faiz və ya daha çox azalıb` deyə Cəmil bildirib.

Bundan əlavə müsahibin sözlərinə görə Suriyanın neft sənayesi işləmir. `Hazırda neft hasilatı sıfıra bərabərdir. Bu embarqoya görə deyil. Səbəb neft hasil olan bölgələrdə hərbi vəziyyətin çətin olmasıdır` - sitatın sonu.


Teqlər:





Xəbər lenti