“Ərdoğan və Öcalan siam əkizləridir”

“Ərdoğan və Öcalan siam əkizləridir”
  05 Mart 2013    Oxunub:2157
“Hakim partiyanın həyasızca PKK rəhbəri ilə görüşməsi Türkiyənin xaos içərisində çırpındığını göstərir. İmralı canisini azadlığa buraxmaq istəyən xainlər yaman çalışır”.
Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında deyib.

Öcalanın AKP-ni barmağına doladığını, öz istəklərini həyata keçirmək üçün əlindən gələni əsirgəmədiyini deyən Baxçalı, “Baş nazir İmralı canisiylə nə danışır, nəyi müzakirə edir? “ deyə üsyan edib.

“Hökumət rəsmən Türkiyəni qurban verir. Hadisələrin axını Öcalan və Ərdoğanın siam əkizləri olduğunu göstərir. İmralı canisi ilə dialoqa gedən, əməkdaşlıq edən birindən bundan artıq heç nə gözləmək olmaz. Görəsən, Ərdoğan tarix qarşısında bu gün canilərlə bir masada oturduğuna görə necə cavab verəcək”,-deyə MHP lideri söyləyib.



Teqlər:  





Xəbər lenti