Çikaqoda Beynəlxalq mövzuda iqtisadi konfrans

Çikaqoda Beynəlxalq mövzuda iqtisadi konfrans
  13 Oktyabr 2013    Oxunub:1491
Çikaqoda “Mərkəzi Asiyada yeni marketinq imkanlarının öyrənilməsi” Beynəlxalq mövzusunda konfrans keçirilib
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Çikaqo şəhərindəki DeVray Universiteti nəzdində fəaliyyət göstərən Keller adına Menecment ixtisasartırma məktəbində “Mərkəzi Asiyada yeni marketinq imkanlarının öyrənilməsi” mövzusunda Beynəlxalq konfrans keçirilib.

Mərkəzi Asiyada Məhsuldarlıq üzrə Araşdırma Mərkəzinin və DeVray Universitetinin birgə təşkil etdikləri Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkiyə və Özbəkistandan ekspert və nümayəndələr iştirak edib. Konfrans ixracat fəaliyyətinə başlayan şirkətlərə akademik dəstək göstərilməsi və onların yeni bazarlara cəlb olunması məqsədi daşıyır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-nun ABŞ-dakı nümayəndəsi “Azərbaycanda biznes fəaliyyəti: imkanlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan ilə əməkdaşlığa hazır olan ABŞ şirkətləri üçün maraq kəsb edən sənaye sahələrindən söz açıb. Amerika şirkətlərinin diqqətini ərzaq sənayesi, habelə şərab məhsullarının Azərbaycandan idxal edilməsi imkanlarına cəlb edib.

Bundan əlavə, bazarın müxtəlif seqmentlərinin dövlətlərarası maliyyələşdirilməsi, o cümlədən avadanlığın ixracı və ya ona kapital qoyuluşu, kənd təsərrüfatı sahələri üçün sığorta xidmətləri, Azərbaycanın regionlarında aqrar xidmətlərin təşkili, kiçik kənd təsərrüfatı istehsalçılarının və emal müəssisələrinin dəstəklənməsi layihələrinin həyata keçirilməsi kimi sahələrdə Amerika şirkətləri üçün perspektivlər işıqlandırılıb.


Teqlər:





Xəbər lenti