Bakı-Tbilisi-Qars 2014-də istifadəyə veriləcək

Bakı-Tbilisi-Qars  2014-də istifadəyə veriləcək
  13 Oktyabr 2013    Oxunub:1313
Azərbaycan dəmir yollarının yeniləşdirilməsi və müasirləşdirilməsi üzrə işi fəallaşdırıb.
"Azərbaycan dəmir Yolları" QSC 2013-ci ilin sonunadək Bakı - Böyük Kəsik dəmir yolunun 317 kilometrlik hissəsinin müasirləşdirilməsini və yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Azvsison.az xəbər verir ki, bunu QSC-nin rəhbəri Arif Əsgərov bazar günü jurnalistlərə bildirib.

"İndiyədək qərb istiqamətində dəmir yolunun 282 kilometri təmir olunub və ilin sonunadək bu layihə çərçivəsində işlərin başa çatması planlaşdırılır",- Əsgərov vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması layihəsinin məsələsinə gəlincə, Əsgərov bildirib ki, bu layihə çərçivəsində işlər nəzərdə tutulmuş qrafikə uyğun aparılır və artıq 2014-ci ildə istismara verilməsi planlaşdırılır.

Əsgərovun sözlərinə görə, həmçinin dəmir yol nəqliyyatı vasitələrinin hamısının müasirləşdirilmə işləri davam etdirilir, xüsusən, əsaslı təmir üçün Ukraynaya göndərilmiş 60 vaqondan 46 ədədi Bakıya gətirilib, Rusiyada təmirə qoyulmuş 16 vaqondan artıq 6 ədədini QSC alıb.

Əsgərovun sözlərinə görə, əsaslı təmiri keçən vaqonlar Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Tbilisi reyslərində, həmçinin Bakı-Balakən daxili reysində istifadə olunurlar.
Əsgərov bildirib ki, dəmir yollarının ətrafında yerləşən qanunsuz tikililərin ümumi sayı 2800 təşkil edir, onlardan 538 - qeyri-yaşayış, qalan tikililərdə isə yaşayış var.
Qanunsuz tikililərlə bağlı müvafiq qərar ölkə rəhbərliyi tərəfindən qəbul olunacaq, Əsgərov qeyd edib.


Teqlər:





Xəbər lenti