İyulun 27-də Ay tutulması baş verəcək

İyulun 27-də Ay tutulması baş verəcək
  12 İyun 2018    Oxunub:2854
İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsini baş verəcək.
AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən xəbər verir ki, 15 il ərzində ilk dəfə Yer kürəsinə maksimal məsafədə (55,7 milyon kilometr) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. Bir saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.

AzVision.az


Teqlər: AMEA   AY  





Xəbər lenti