Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Soyğunçuluq edən keçmiş məhkum tutuldu
  05 İyun 2018    Oxunub:895
Sumqayıtda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edən şəhər sakini F.Rüstəmzadə iyunun 4-də 14-cü məhəllə ərazisində mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib.

Əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Bakı şəhər sakini olan, əvvəllər məhkum olunmuş Camal Mikayılov törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti