Diktator ata oldu

Diktator ata oldu
  05 Mart 2013    Oxunub:2520
Şimali Koreya prezidenti Kim Çen Inın qızı olub.
Şimali Koreya prezidenti Kim Çen İn qız övladı dünyaya gəlib. Bu barədə amerikanın Fox News kanalı Seul mənbələrinə istinadən məlumat verib. Uşağın cinsi barədə dəqiq məlumat olmasa da, bəzi xəbər saytları onun qızı olduğunu yazır.

“Əgər oğlan olsaydı, ölkə rəhbərliyi bu barədə rəsmi bəyanat verərdi” –deyə North Korea Leadership Watch qəzeti yazır.

Xatırladaq ki, ötən il “İnterfaks” agentliyi Kim Çen Inın xanımı Li Sul Çjunun hamilə olduğunu sübut edən şəkillər yaymışdı. Onların toyu barədə rəsmi məlumat da 2012-ci ildə elan olunmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti