Obolonskilərin evində qrant davası – KARİKATURA
Dəyişən odur ki, daha iki Millinin başı bir qazanda qaynamır. Yəni Emin Milli istəyir ki, qrant qazanından daha Milli Şuraya pay ayrılmasın, hamısı ona verilsin. Buna görə də, Meydan TV-də Milli Şuraya və onun təmsil edən şəxslərə - Əli Kərimliyə, Cəmil Həsənliyə,- nəinki qadağa qoyulub, hətta onların əleyhinə açıq kampaniya aparılır. Yəni xaricdəki qrantyeyənlər daxildəki qrantyeyənləri vurmağa başlayıblar.
Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-ni aldığı pullardan düzgün istifadə etməməkdə qınayıb. Sitat: “Bəzi dostlar unudurlar ki, Meydan tv onların öz vəsaitləri hesabına deyil, demokratik qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Və həmin təşkilatlar qarşısında media qurumunun ayrıseçkilik etməmək, tərəfsiz, qərəzsiz, obyektiv media siyasəti yeritmək barədə öhdəlikləri var. Belə faktlar açılandan sonra diskriminasyadan uzaq, tərəfsizliyə, qərəzsizliyə, obyektivliyə iddia edin bir mətbuat orqanı necə hərəkət etməlidir?”
Kamil Vəli Nərimanoğlu isə Emin Millini “Emin Zilli” adlandırıb, hətta onun haqqında “eşşək” ifadəsini də işlədib.
Əli Kərimlinin digər tərəfdaşı Natiq Adilov isə bütün bu çəkişmələrin səbəblərini onda görür ki, Emin Milliyə 1 milyon dollar lazımdır.
Virtual döyüş əməliyyatlarının qadın əsgərləri də var. Bbunlar Meydan TV tərəfdən Xədicə İsmayıl, Milli Şura tərəfdən isə Sevinc Osmanqızıdır. Xədicəyə görə, Sevinc Osmanqızı “Meydan”a redaktor götürülmədiyinə görə inciyib. O, Sevinci Rəsul Quliyevin pulları ilə veriliş hazırlamaqda ittiham edib. Sevinc isə Meydanın böyük bir matah olmadığını yazır və Xədicəni “xəstə” adlandırır.
Gördündüyü kimi, ayrı vaxt Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışan, mitinqlərə səsləyən şəxslər hazırda bir-birini ən ağır təhqirlərə məruz qoyurlar. Bəli, özlərinin də açıq göstərdikləri kimi, dava qrant davasıdır, bu, heç kimə sirr deyil. Maraqlıdır, görəsən söhbət hansı məbləğdən gedir ki, dünənə qədər guya eyni səngərdə döyüşən insanlar bir-birlərini belə asanlıqla satıblar? Hərçənd, onlar üçün fərqi yoxdur, çünki böyük təcrübələri var. Axı daha əvvəl bu adamlar Vətəni, Xalqı da eyni rahatlıqla satmışdılar.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Meydan-TV Milli-Şura Qrant Emin-Milli Cəmil-Həsənli