Yaponiya təhlükə ilə üz-üzə

Yaponiya təhlükə ilə üz-üzə
  05 Mart 2013    Oxunub:1806
Çoxsaylı insan itkisi yaşana bilər
Yaponiya yenidən sunami təhlükəsi ilə üz-üzədir.İki il bundan əvvəl yaşanan dəhşətli təbii fəlakətin ardınca mütəxəssislər yenə çoxsaylı insan itkisi yaşana biləcəyindən ehtiyatlanır. Məlum olub ki, Yaponiya adasının yerləşdiyi ərazidə dəniz suyunun səviyyəsi durmadan artmaqdadır.

Alimlər bildirir ki, 128 milyon əhalisi olan ölkənin təxminən 22 milyon nəfəri dəniz kənarı sahələrdə yaşayır. Ən riskli bölgə isə paytaxt Tokioda yerləşir. 13 milyonluq şəhərdə 3 milyon nəfər cüzi yeraltı təkandan qaynaqlanan sunaminin qurbanı ola bilər.

Ölkənin seysmik zonada yerləşdiyini nəzərə alan mütəxəssislər bildirib ki, yaxınlarda Yaponiyada zəlzələlərin sayı bir qədər də artacaq. Belə olan halda isə iki il bundan əvvəlki fəlakətin yaşanmayacağına heç kim zəmanət vermir.


Teqlər:  





Xəbər lenti