Litva notamıza cavabı gecikdirmədi

Litva notamıza cavabı gecikdirmədi
  05 Mart 2013    Oxunub:1273
Litva Seyminin ayrı-ayrı üzvlərinin bəyanat və təşəbbüsləri Seymin rəsmi mövqeyini əks etdirmir.
Litva parlamentinin Xarici İşlər Komitəsinin (XİK) sədri Byanyadiktas Yuodka Azərbaycanın Vilnüsdəki səfiri Həsən Məmmədzadə ilə görüşünün yekunlarına dair bildirib ki, Litva Seyminin ayrı-ayrı üzvlərinin qondarma Dağlıq Qarabağ Respublikası ilə dostluq qrupunun yaradılması təşəbbüsü ölkənin rəsmi mövqeyini əks etdirmir.

Azvison.az xəbər verir ki, XİK-in sədri deyib: “Görüşdə təsdiqlənib ki, Litvanın xarici dövlətlərlə münasibətlər məsələlərinə dair rəsmi mövqeyi qüvvədə olan beynəlxalq müqavilələrdə ifadə olunub və dəyişməz olaraq qalmaqdadır. O bildirib ki, Litva Seyminin ayrı-ayrı üzvlərinin bəyanat və təşəbbüsləri Seymin rəsmi mövqeyini əks etdirmir. Parlamentlərarası qrupların, habelə dostluq qruplarının təşkil edilməsi Litvanın xarici siyasətinin məqsəd və prinsiplərinə cavab verməlidir.” Seymin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir: “Yuodka Azərbaycan səfirini əmin edib ki, komitə parlamentlərarası əlaqələr qruplarının təsis olunması və fəaliyyəti qaydalarını daha dəqiq müəyyənləşdirmək məqsədi ilə Seymin rəhbərliyinə müraciət edəcək.” Xatırladaq ki, ötən həftə Seymdə qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirinin iştirakı ilə keçirilən tədbirdə Dağlıq Qarabağla dostluq qrupu yaratmaq qərara alınıb. Azərbaycanın Litvadakı səfiri bununla əlaqədar nota təqdim edərək deyib ki, “belə vəziyyət ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilər.”


Teqlər:





Xəbər lenti