Artsax əslində kimin adıdır? – Erməni tarixinin gizli səhifələri

Artsax əslində kimin adıdır? – Erməni tarixinin gizli səhifələri
  30 Aprel 2018    Oxunub:30055
Ermənilərin sanballı mənbə hesab etdiyi tarixçi Pavstos yazır ki, bir gün erməni çarı Arşak fars hökmdarının tövləsinə gəlir. Bu zaman hökmdarın baş mehtəri onu lağa qoyaraq deyir: “Gəl, otur bu samanlıqda, mənim yanımda”. Guya bundan qəzəblənən Arşakın yanındakı silahlı döyüşçü mehtəri qılıncı ilə öldürür.
Bu nağılda nə qədər uyğunsuzluq var! Mehtər şahı necə lağa qoya bilər? Özü də əgər o, ermənilərin iddia etdiyi kimi, “Böyük Ermənistan”ın çarı olubsa! Bəs bu nağılın qəhrəmanı ermənilər əslində kimdir?!

Onlar indiki Rumıniyadan Balkanlara, oradan isə Assuriyaya qovulmuş aromun tayfaları ilə Hindistandan skiflər tərəfindən qovulmuş hayların qaynayıb-qarışması və Assuriya ərazisində birgə məskunlaşması nəticəsində meydana gəlmiş köçəri xalqdır. Özlərini “hay” adlandıran ermənilərin bu adının Hindistandakı Himalay dağlarının qısaldılmış forması olması, erməni dilinin isə Hind-Ari dilləri ailəsinə aid edilməsi, qaraçı, pəncab və erməni dillərinin bir-birinə çox yaxın olması bu faktı təsdiqləyir.

Dünyanın digər hissələrinə, o cümlədən Qafqaza da onlar məhz bu ərazidən köç ediblər. Ermənilər iddia edirlər ki, guya onların ilkin vətəni məhz Qafqazda mövcud olmuş “Böyük Ermənistan” olub və onun hüdudlarından kənara səpələnmələrinin səbəbi Bizans və Sasani imperiyalarının sərhədlərini qorumaq, Bizansın əhali yaşamayan ərazilərində demoqrafik balansı təmin etmək olub. VII-VIII əsrlərdə Ərəb xilafəti və Bizans imperiyası arasındakı qarşıdurma zamanı onlar əhalisi boşaldılmış Kilikiyada (indiki Suriyanın şimalındakı kiçik dağlıq ərazidə) yerləşdiriliblər. Lakin heç bir sanballı tarixi mənbələrdə hayk tayfalarından ibarət silahlı dəstələrin fəaliyyəti barədə məlumata rast gəlinmir.

XI əsrdə Ermənistan Bizansın tərkibinə qatıldıqdan sonra Anadolu səlcuq türkləri tərəfindən zəbt edilib, Kilikiyada məskunlaşan ermənilər isə XIV əsrdə orada erməni çarlığı yaradıblar. Onlar dünyanın bir sıra ölkələrinə də məhz buradan yayılıblar. Yəni Ermənistan qətiyyən ermənilərin tarixi vətəni deyil.

Tarixi mənbələrdə adı çəkilən “Armenia”, “Armina”, “Armini”nin özlərini “hayk” adlandıran bugünkü ermənilərlə və Hayastanla heç bir bağlılığının olmadığı tarixçilər tərəfindən təsdiqlənib. Bu, etnik yox, coğrafi məfhumdur. Ermənilərin nəinki Azərbaycanın tarixi ərazisi olan Qarabağa iddia irəli sürmək, heç müasir Ermənistanı öz tarixi vətənləri hesab etməyə mənəvi və hüquqi haqları yoxdur.

Bizim eradan əvvəl IX əsrdə Türkiyə ərazisindəki Van gölü ətrafında təşəkkül tapmış Urartu dövlətinin və orada yaşayan tayfaların, habelə Kiçik Asiyada yaşamış arami tayfalarının iddia edildiyinin əksinə olaraq, ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar sadəcə armina, harminu, uraştu kimi sözləri öz tarixləri ilə əlaqələndirməyə çalışırlar. Akademik N.Marr VI əsr erməni tarixi mənbələrinə istinad edərək yazır ki, ermənilər Hindistandan Bizansın şərqinə (indiki Suriya-Livan ərazisinə) qaçıb gəlmiş qaraçı tayfalarından törəyiblər. Herodot göstərir ki, farslar və midiyalılardan başqa, burada hökmranlıq etmək iqtidarında olan üçüncü bir dövlət yox idi və erməni çarı olduğu iddia edilən I Tiqran Əhəmənilər sülaləsindən olan fars hökmdarıdır.



Herodotun və digər tarixçilərin əsərlərində Qafqazın yerli xalqlarından geniş bəhs edildiyi halda, ermənilərin adına heç yerdə rast gəlinmir. Tarixi mənbələr sübut edir ki, indiki Suriya ərazisində olan Selevkilər dövlətində iki erməni sərkərdəsi romalılara qarşı müharibədə qalib gəldikdən sonra hakimiyyəti ələ keçirərək, Suriyanın əsas hissəsini Ermənistan ölkəsi elan edib və kənarda yaşayan erməniləri kütləvi surətdə ora köçürüblər.

Strabonun yazdığına görə, sonradan həmin sərkərdələr arasında yaranmış ziddiyyətlər nəticəsində onlardan biri bizim eradan əvvəl II əsrdə Qafqaza gəlib və qədim Azərbaycan dövləti olan Midiyaya məxsus bir sıra vilayətləri işğal edərək, burada ikinci kiçik erməni dövləti yaradıb. Ermənilərin uydurduqları “Böyük Ermənistan” isə Qafqazda deyil, Suriyada, Fərat çayı vadisində, Selevkilər dövlətinin yerində yaradılmış birinci erməni padşahlığıdır.

Eyni zamanda “Böyük Ermənistan” Fərat çayının yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş “Kiçik Ermənistandan” fərqləndirilmək üçün tarixçilər tərəfindən işlədilən coğrafi termin olsa da, ermənilər sonradan onu siyasiləşdirərək, guya tarixən indiki Qafqazın da daxil olduğu Qara dənizdən Aralıq dənizinədək ərazini əhatə edən qüdrətli dövlətləri olduğunu iddia ediblər.

Qafqaza köçüb gələn ermənilərin hökmdarı Tiqran eramızdan əvvəl 69-cu ildə Roma dövləti tərəfindən məğlubiyyətə uğradıqdan sonra buradakı erməni dövləti zəifləməyə başlayır. Ermənistanı isə Parfiya çarının oğlu Artsax idarə edirdi. Göründüyü kimi Artsax vilayəti tarixdə heç zaman Ermənistanın tabeliyində və tərkibində olmayıb, əksinə Ermənistan ona tabe olub.

Bizim eradan əvvəl IV əsrdə Sasanilər dövlətinin Roma üzərində qələbə çalmasından sonra Suriyadakı birinci erməni dövləti farsların nəzarəti altına keçir. Bundan sonra ermənilər Kiçik Asiyaya - indiki Türkiyə ərazisinə köç edirlər. Bu hadisədən otuz il sonra Qafqazda parfiyalılardan və albanlardan (qədim azərbaycanlılardan) vassal asılılığı olan kiçik erməni dövləti Roma və Sasanilər arasında bölüşdürülür.

Osmanlı və Səfəvilər dövründə bu iki qüdrətli imperiya ərazisində sığınacaq tapan ermənilər əsasən, Osmanlıların Yeniçəri ordusunda xidmət edib, xırda ticarətlə məşğul olublar. Onların öz gözəgəlimli qadınlarını Osmanlı sultanlarının sarayına cariyə qismində göndərmələri sayəsində bu dövlətdə öz mövqelərini gücləndirməyə cəhd etmələri də məlumdur. Eyni üsulla onlar Qarabağ xanlığında, xüsusilə İbrahimxəlil xanın sarayında mövqelər əldə etməyə çalışıb və burada kiçik məlikliklər yaratmağa nail olublar.

1813-cü il və 1828-ci il Rusiya-İran müharibələrinin başa çatmasından sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, demoqrafik balansı öz xeyrinə dəyişdirmək istəyən və iki müsəlman qonşusu - Türkiyə və İranla öz arasında “sanitar dəhlizi” və “bufer zonası” yaratmaq istəyən Çar Rusiyasının xristian erməniləri kütləvi şəkildə Cənubi Qafqaz bölgəsinə köçürməsinə baxmayaraq, Qarabağ və İrəvan xanlıqlarında keçirilmiş əhalinin siyahıyaalınması barədə arxiv sənədlərində ermənilərin azərbaycanlılarla müqayisəolunmaz dərəcədə az olduğu göstərilir.

Beləliklə, tarix elmi də Azərbaycan Prezidenti İlham Əliyevin dediyini təsdiqləyir: “İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “Böyük Ermənistan” dövləti yaratmaq idi”.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: Erməni-yalanları   Tarix  





Xəbər lenti