Gürcü çaxırı qadağan edildi

Gürcü çaxırı qadağan edildi
  08 Oktyabr 2013    Oxunub:10637
Onişenko yenidən Gürcüstan çaxırına qadağa qoyub.
Rusiya sanitar xidməti ölkəyə 28 adda alkoqollu içkinin idxalına qadağa qoyub. Qeyd edək ki, qadağan edilmiş bütün içkilər Gürcüstan istehsalıdır. Bu barədə Rusiya Sanitar xidmətinin rəhbəri Qennadiy Onişenko məlumat verib.

Onun sözlərinə görə, son bir həftə ərzində aparılan yoxlamalar zamanı məlum olub ki, 28 adda satışa çıxarılan gürcü çaxırı lazımi tələblərə cavab vermir. Onişenko, Gürcüstanın çaxır istehsal edən İmedi-96, Şuxman Wines Georgia Askaneli qardaşları, Axalşeni-2005 şirkətlərinin məhsullarının tələblərə cavab vermədiyini qeyd edib.
AzVision.az


Teqlər:





Xəbər lenti