Berluskoni tualet təmizləyəcək

Berluskoni tualet təmizləyəcək
  08 Oktyabr 2013    Oxunub:1242
İtaliyanın keçmiş baş naziri, vergidən yayınmaqda təqsirli bilinən Silvio Berluskoni 1 illik həbs cəzasının ictimai xidmətlə əvəzlənməsini tələb edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun vəkili Françesko Koppi bildirib ki, 4 il həbs cəzasına məhkum eilən keçmiş nazirin cəzası yaşına görə 1 ilə endirilmişdi.

Bu həftə isə o, cəzanın ictiami xidmətlə əvəz olunması üçün müraciət edəcək.

Vəkil deyib ki, əgər Berluskoninin tələbi yerinə yetirilərsə, o, parkda ot örtüyünü biçəcək, tualet təmizləyəcək, reabilitasiya mərkəzlərində köməkçilik etmək imkanı olacaq. Hətta, Berluskoniyə evsizlər və narkomanlar üçün xidmət göstərən “City Angels” və “Exodus” adlı təşkilatlardan təklif gəlib.

“Exodus”un rəhbəri Keşiş Antonio Mazzi deyib ki, keçmiş nazir onun təşkilatında çalışarsa, bundan məmnun olar: “Çox istəyirəm ki, onu səhər yuxudan oyandırım və yatağını səliqəyə salsın. Alçaldıcı bir iş görməlidir, ya da tualet təmizləməlidir. Yaşlılar və fahişələrə kömək üçün işləməsi təklifinə gəlincə isə mən buna qarşıyam. Berluskoni fahişələrlə işləməməlidir. Çünki qadınlar onu qəhrəman elan edə bilər”.

Fatimə


Teqlər:  





Xəbər lenti