“Babək” tankeri istismara qaytarılıb

“Babək” tankeri istismara qaytarılıb
  23 Aprel 2018    Oxunub:1433
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi təmir olunub.
Bu barədə “AzVision.az-a Şirkətin Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmirindən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib. Tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir olunub, sualtı və suüstü hissəsi, maşın şöbəsi təmizlənərək rənglənib.

Bundan başqa, gəminin avar valı sazlanaraq yerinə quraşdırılıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

“Babək” gəmisi artıq istismara qaytarılıb. Məlumat üçün bildirək ki, uzunluğu 149, 9 metr, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.

AzVision.az


Teqlər: Gəmi   Tanker  





Xəbər lenti