Türkiyədə ara qarışdı

Türkiyədə ara qarışdı
  08 Oktyabr 2013    Oxunub:1157
Polislə etirazçılar arasında toqquşma baş verib
Türkiyənin İstanbul şəhərinin Polis İdarəsinin Terrorla Mübarizə şöbəsi səhər saatlarında eyni vaxtda bir neçə ünvana reydlər həyata keçirib. Şəhərin Gülsuyu və Qazi məhəllələrində 1500 polis və xüsusi-təyinatlının iştirakı və aviasiyanın dəstəyi ilə həyata keçirilən əməliyyatlar zamanı terror fəaliyyətində şübhəli bilinən 40 nəfər saxlanılıb. Bəzi ünvanlarda silah-sursat da ələ keçirilib. Eyni zamanda, narkotik əməliyyatında da 17 nəfər saxlanılıb.

Əməliyyatlara etirazını bildirmək üçün "Əzilənlərin Sosialist Partiyası" adlanan qrupun 30 üzvü İstanbul Polis İdarəsinin önündə aksiya keçirib. Etirazçı qrup binanın önündə mətbuat açıqlaması vermək istəyərkən, bunun qarşısını almağa çalışan polislə qarşıdurma baş verib.

Bu arada, Gülsuyu meydanında da "Xalq Cəbhəsi"nin üzvü olan 15 nəfər polisin həyata keçirdiyi əməliyyatlara etiraz etmək üçün bir araya gəlib. Burada da mətbuat açıqlaması vermək və yürüş etmək istəyən qrup polis müdaxiləsi ilə üzləşib. Polis dağılmaq istəməyən qrupa qarşı, dəyənək, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 1 nəfərin saxlandığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti