Kreditlərin 96,4 faizi banklar tərəfindən verilib

Kreditlərin 96,4 faizi banklar tərəfindən verilib
  21 Aprel 2018    Oxunub:1200
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, martın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11561,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 9415,6 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1700,9 milyon manata çatıb və ümumi kredit portfelinin 14,7 faizini təşkil edib.

AzVision.az


Teqlər: Statistika   Kredit  





Xəbər lenti