“Azərsu” rəhbəri 13 ilin hesabatını verdi
O, qeyd edib ki, abonentlərin sayı bu ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə çatıb. Bakı şəhəri üzrə isə fasiləsiz su təchizatı səviyyəsi 29 faizdən 81,5 faizə yüksəlib.
Qorxmaz Hüseynov bildirib ki, ötən ilin statistik göstəriciləri də fəaliyyətimiz haqqında dolğun fikir yürütməyə əsas verir. Belə ki, 2017-ci ildə 108 km-i magistral olmaqla 1366 km su, 382km kanalizasiya kollektoru və xətləri,2 içməli və tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb,6 nasos stansiyası və 105 min ədəd sayğac quraşdırılaraq istismara verilib.
"Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, mərkəzləşmiş qaydada fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi 66,9 faizə yüksəlib".
AzVision.az
Teqlər: Azərsu