Energetika Nazirliyində kollegiya iclası keçirilib
Sonra “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkədə generasiya gücləri, orta və uzunmüddətli inkişaf planları, elektrik enerjisinin ixrac perspektivləri, eləcə də “Şimal-2” elektrik stansiyasının tikintisinin gedişatı ilə bağlı məruzə edib. Daha sonra isə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin ölkədə elektrik enerjisinin təminatı və elektrik şəbəkəsinin mövcud vəziyyəti, daxili istehlakın orta və uzunmüddətli inkişaf tendensiyası barədə məruzəsi dinlənilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Bu günlərdə “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti TAVANİR arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərindən biri kimi qiymətləndirilib.
İclasda həmçinin ölkənin qazlaşdırılması çərçivəsində görülən işlərdən bəhs edilib. Qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu qeyd edilib. Hazırda ölkədə əhali abunəçilərinin qaz təchizatı şəbəkəsi ilə əhatələnmə səviyyəsinin 93,9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bildirib ki, 2018-ci ildə regionların qazlaşdırılması proqramı müvafiq təkliflər üzrə hazırlanıb. Proqrama Respublikanın regionlarında 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir. Müzakirələr zamanı qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinə də toxunulub. Maye qazla təminat imkanları nəzərdən keçirilib.
Yekunda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün müvafiq tapşırıqlar verilib.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi Kollegiya