Bayram yasa döndü

Bayram yasa döndü
  07 Oktyabr 2013    Oxunub:1219
İsrailə qarşı "Yom Kippur" müharibəsinin 40-cı ildönümü münasibətilə təşkil olunmuş mərasimlər Misirdə iğtişaşlara səbəb olub.
Vəziyyətdən istifadə edən devrilmiş prezident Məhəmməd Mürsinin tərəfdarları Ramzes meydanında toplaşdıqdan sonra Təhrirə yürüş ediblər. Mürsi lehinə çağrış edən kütləyə isə çevriliş tərəfdarlarının qarşılıq verməsi qanlı hadisələrin yaşanmasına səbəb olub. Ordu Mürsi tərəfdarlarına gözyaşardıcı qaz və səs bombaları ilə yanaşı, döyüş güllələri ilə müdaxilə edib.

Nəticədə 50-dən artıq misirli həlak olub, 209 aksiya iştirakçısı yaralanıb. Polis və ordu birləşmələrinin daha 134 Mürsi tərəfdarını naməlum istiqamətə apardığı bildirilir. Hadisələrin böyüyərək Doki, Süveyş, İskəndəriyyə və Asvan şəhərlərinə sıçradığı haqda məlumatlar yayılıb. Qeyd edək ki, misirlilər 1973-cü ildə İsrailə qarşı əldə olunan qələbəni hər il böyük coşqu ilə qeyd edir.

AzVision.az


Teqlər:





Xəbər lenti