ASA-nın nəzdindəki komitələrin statusu artırıla bilər
ASA-nın sədri qeyd edib ki, komitələrin fəaliyyətindən gözləntilər çoxdur və bunun üçün hər cür dəstək təmin ediləcək. Bunun üçün birliyə komitələrlə işləmək üçün xüsusi əməkdaş da işə cəlb edilib.
Qeyd edək ki, bir müddət öncə ASA-nın nəzdində fəaliyyət göstərən hər 3 komitənin yeni sədrləri və üzvləri formalaşdırılıb. Hüquq komitəsinin sədri “Atəşgah Sığorta” ASC-nin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılov, Həyat komitəsinin sədri “PAŞA Həyat Sığorta” ASC-nin Risklərin İdarəedilməsi Departamentinin müdiri Fərid Abdullayev və Qeyri-həyat komitəsinin sədri “Paşa Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin meneceri Fərid Hidayətovdur.
AzVision.az