“Sosial mənzillər iyun ayında təhvil veriləcək” - MİDA sədri
Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 260 yerlik olmaqla iki uşaq bağçası, xəstəxana və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Hazırda Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli yaşayış binasının tikintisi aparılır.
Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb”.
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, ötən müddət ərzində 8200-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.Bütün mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir. Mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcək.
Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydaya uyğun olaraq, mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə başlanacaq. Satış dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək. Belə ki, verilmiş elana əsasən, 07.05.2018-ci il tarxində satış başladığı anda sistemə daxil olaraq mənzilləri ilk seçən şəxslər onları almaq imkanı əldə edəcək.
Satışa çıxarılan güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb”.
Aytən Zəhra
AzVision.az