Prezidentin indi də beyninə qan sızdı

Prezidentin indi də beyninə qan sızdı
  07 Oktyabr 2013    Oxunub:1064
Argentina prezidenti Kristina Fernandes de Kirçnerin beyninə qan sızıb. Xanım lider beynində toplanan qan yığını ucbatından bir ay dincəlməli olacaq.
Həkimlərin istirahət etməyi məsləhət gördükləri 60 yaşlı prezident oktyabrda başlayacaq seçki kampaniyasında iştirak etməyəcək. Prezidentin sözçüsü Alfredo Skossimaro avqust ayında başından zərbə alan Kirçnerin baş beynində toplanan qanın çəkilməsi üçün bir ay boyunca dincələcəyini açıqlayıb.

12 avqust seçkilərindən bir gün sonra başından zərbə alan Kirçneri prezident postunda köməkçisi Amado Boudou əvəz edəcək. Braziliyada rəsmi səfərdə olan Boudou səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb və işlərin icrasına başlayıb.

Qeyd edək ki, 2007-ci ildən bu yana iqtidarda olan Kirçner 2010-cu ildə keçirdiyi infarkt nəticəsində vəfat edən eks prezident Nestor Kirçnerin həyat yoldaşıdır. Ötən il də tiroit xərçəngindən əziyyət çəkən xanım Kirçner əməliyyat keçirib.



Teqlər:  





Xəbər lenti