Kimyəvi silahların məhvinə başlanıldı

Kimyəvi silahların məhvinə başlanıldı
  07 Oktyabr 2013    Oxunub:2967
Suriya gələn ilin sentyabrına kimi bütün kimyəvi silahları məhv edəcək
Suriya kimyəvi silahları məhv etməyə başlayıb. AzVision.az-ın xarici mediayaya istinadən məlumatına görə, Bəşər Əsəd rejimi Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertlərinin rəhbərliyi altında kimyəvi silah arsenalının bir hissəsini ləğv edib.

BMT-dən verilən açıqlamada bildirilir ki, mütəxəssislər döyüş sursatlarının bir hissəsini, o cümlədən döyüş başlıqları, aviabombalar və bir sıra avadanlıqları məhv ediblər.

Suriya gələn ilin sentyabrına kimi bütün kimyəvi silahları məhv edəcək.


Teqlər:  





Xəbər lenti