İvanişvili Saakaşviliyə görə üzr istədi

İvanişvili Saakaşviliyə görə üzr istədi
  05 Mart 2013    Oxunub:1613
“Gürcüstan prezidenti Mixail Saakaşvili 2013-cü ilin oktyabrına – prezidentlik müddəti bitənə qədər öz şəxsi fikirlərini səsləndirir, onun verdiyi bəyənatlar Gürcüstan dövlətinin mövqeyini əks etdirmir”,
Bu barədə İvanişvilinin bu gün yaydığı bəyənatda deyilir. Baş nazir qonşu ölkələrdən və beynəlxalq təşkilatlardan Saakaşvilinin “məsuliyyətsiz bəyənatlarına” görə üzr istəyib.

“Gürcüstan hökuməti ölkənin Avropa və Avroatlantik inteqrasiyası, ölkənin ərazi bütövlüyünün bərpası və regionda sülh və əmin-amanlığın bərpası yolunda səylərini davam etdirir. Avropa İttifaqı və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi, dost Azərbaycan, Ermənistan, Türkiyə və Ukrayna ilə əlaqələrin möhkəmləndirilməsi və Rusiya ilə münasibətlərin qaydaya salınması bizim başlıca vəzifələrimizdəndir. Ancaq Gürcüstan prezidentinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz bəyənatları Gürcüstan hökumətinin siyasi kursuna ziddir. Bu bəyənatlar ölkəmizin beynəlxalq imicinə ziyan vurmaqla yanaşı ölkə daxilində də çoxsaylı problemlərin yaranmasına səbəb olur”.

“Bu bəyənatlara görə adı çəkilən dost ölkə rəhbərliklərinin və beynəlxalq təşkilatların xoşagəlməz vəziyyətlə üzləşməsindən dolayı dərin təəssüf hissi keçirir və Gürcüstan hökuməti adından üzr istəyirəm”,-deyə İvanişvili bildirib.

AzVision.az



Teqlər:  





Xəbər lenti