İraqda yeni terror- 13 ölü

İraqda yeni terror- 13 ölü
  06 Oktyabr 2013    Oxunub:1009
AzVsison.az Associated Press-ə istinadən xəbər verir ki, Bağdadda kafelərin birində terroristin özünü partlatması nəticəsində 13 nəfər həyatını itirib.
Əsasən şiyələr yaşayan Bağdaddan 80 km şimalda yerləşən Balad şəhərinin merinin verdiyi məlumata görə, terrorist kafelərin birinin içində özünü partladaraq 13 nəfərin həyatını itirməsinə səbəb olub. 22 nəfər ağır yaralı var.

Xatırladaq ki, təkcə bu günlərdə İraqda baş verən terror aktları zamanı 8 nəfər həyatını itirib.

Xəbərdə o da qeyd edliri ki, artıq 5 ildir belə qanlı terror aktları İraqda bitmək-tükənmək bilmir. Terroristlər əsasən üzərlərinə yerləşdirdikləri partlayıcıları işə salaraq etdikləri terror aktların insanların çox olduğu yerlərdə edir.


Teqlər:





Xəbər lenti