İşlədiyi şirkətdən 4 miyon oğurlayıb qaçdı VİDEO,FOTO

İşlədiyi şirkətdən 4 miyon oğurlayıb qaçdı VİDEO,FOTO
  06 Oktyabr 2013    Oxunub:2005
İnkasator qarət olundu. 4 milyon dollarlıq bank soyğunu.
Türkiyədə banklara pul köçürülməsi xidmətləri göstərən şirkətə aid inkasator təhlükəsizlik işçisi tərəfindən qarət olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Laləlidəki özəl bir bankın qarşısında baş verib. Banka qızıl buraxdıqdan sonra təhlükəsizlik işçilərindən biri 4 milyon dolları oğurlayaraq qaçıb.

Hadisə yerinə gələn polis işçiləri kameralardakı görüntülərə baxarkən şübhəli Kamal Yavuzun minib uzaqlaşdığı taksinin nömrəsilə onun izinə düşüblər.

Qeyd edək ki, 4 uşaq atası olan şübhəli ailəsni İstanbuldan Diyarbakıra göndərməsi və iş yoldaşlarına "bu gün mənim son iş günüm ola bilər” dediyi bildirilib. Hazırda polis araşdırmaları davam etdirir.

Qalereya




Teqlər:  





Xəbər lenti