Misirdə vəziyyət qarışdı

Misirdə vəziyyət qarışdı
  05 Oktyabr 2013    Oxunub:1101
Qahirədə baş verən toqquşmada Mursi tərəfdarları öldürülüb.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşma baş verib. Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, toqquşma nəticəsində dörd nəfər ölüb və 40-dan çox adam yaralanıb. Ölənlərin “Müsəlman Qardaşlar”ın tərəfdarı olduğu bildirilib.

Qarşıdurma dünən Qahirədə Mursi tərəfdarları ilə polislər arasında baş verib. Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşma həmçinin İsgəndəriyyə və Nil çayının deltasında yerləşən digər şəhərlərə də yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti