Hollivudun ən cazibədar kino ulduzları seçilib

Hollivudun ən cazibədar kino ulduzları seçilib
  05 Oktyabr 2013    Oxunub:6371
Emma Uotson Hollivudun ən cazibədar xanım aktrisası seçilib
Kino sənəti məsələləri üzrə ixtisaslaşmış “Empayer məqəzin” (“Empire magazin”) jurnalı ən cazibədar qadın və kişi aktyor nominasiyaları üzrə keçirdiyi onlayn sorğunun nəticələrini açıqlayıb. Nəticələrə görə Britaniyalı aktrisa Emma Uotson (Emma Watson) Hollivudun ən cazibədar xanım aktrisası seçilib. Siyahıda 28 yaşlı aktrisa Skarlit Yoxanson (Scarlet Johansson) ikinci, bu il ilk dəfə Oskar mükafatına layiq görülən Cennifer Lorens (Jennifer Lawrence) isə üçüncü yerdə qərarlaşıb.

Kişi aktyorlar içərisində isə ilk üçlükdə Benedikt Kamberbetç (Benedict Cumberbatch), Tom Hidlston (Tom Hiddleston) və Henri Kavilin (Henry Cavil) yer alıb.


Teqlər:





Xəbər lenti