ABŞ-da iqtisadi böhran güclənir

ABŞ-da iqtisadi böhran güclənir
  04 Oktyabr 2013    Oxunub:1265
ABŞ-da hökumətin bağlanması ilə nəticələnən büdcə böhranından çıxmaq mümkün olmur.
Respublikaçılar və Demokratlar borc limitinin artırılması məsələsinə razılığa gələ bilməsələr, ABŞ-dakı siyasi böhran maliyyə böhranı ilə əvəzlənəcək. Bağlı qapılar ardında danışıqların davam etdiyi bir vaxtda, sakinlər paytaxtda cərəyan edən hadisələrdən narazıdır.

Son sorğulara əsasən ölkə əhalisinin 90 faizi Konqresdəki siyasi böhrandan narahatdır. Ötən gün Beynəlxalq Valyuta fondunun prezidenti Kristin Laqardın ABŞ rəhbərliyinə xəbərdarlıq etməsindən sonra, Nyu York birjasındakı səhmlər də dəyərdən düşməyə başlayıb.


Teqlər:





Xəbər lenti