Tələbələr çılpaq etiraz etdilər

Tələbələr çılpaq etiraz etdilər
  04 Oktyabr 2013    Oxunub:1159
Macar tələbələr yeni qaydalara çılpaq etiraz ediblər.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Macarıstanda qəbul edilən yeni geyim məcəlləsinə etiraz əlaməti olaraq tələbələr soyunub. Oktyabrın 1-dən qüvvəyə minən qanuna əsasən qadınlara mini-ətəklər qadağan olunub. Onlar uzun ətək, ağ köynək və pencək, kişilər isə qara rəngli kostyum geyinməlidir. Qadın tələbələrə həmçinin ifrat dərəcədə kosmetika və universitetin tələblərini pozan geyim aksessuarlarından istifadə qadağan olunub. Qadağalar dağınıq saç düzümü və uzun dırnaqlara da aid edilib.

Yeni qanun Kaposvar universitetinin rektoru tərəfindən qəbul edilib. Qanun həm dərslərə, həm də imtahanlara şamil edilib. Oktyabrın 3-də incəsənət fakültəsinin 10 tələbəsi və bir müəllimə alt paltarında seminar keçiblər. Tələbələr bildirirlər ki, universitet isti hava şəraitini nəzərə almayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti