Rusiya Liviyadakı səfirliyini evakuasiya etdi

Rusiya Liviyadakı səfirliyini evakuasiya etdi
  04 Oktyabr 2013    Oxunub:1392
Rusiyanın Liviyadakı səfirliyindəki heyəti ailə üzvləri ilə birgə evakuasiya olunub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfirlik əməkdaşları Moskvaya qonşu Tunis vasitəsilə uçublar. Təyyarəyə 51 nəfər Rusiya vətəndaşının mindiyi bildirilib.

Rusiya səfirliyinə hücumun, Liviya vətəndaşının rusiyalı tərəfindən öldürüldüyü üçün qisas məqsədi ilə liviyalılar tərəfindən törədildiyi ehtimal edilir. Rusiya vətəndaşları insidentdə xəsarət almayıb. İki Liviya vətəndaşının hücum zamanı öldüyü bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti