"Şagirdlərin 15 faizi həftədə bir dəfə dərs buraxıb"

"Şagirdlərin 15 faizi həftədə bir dəfə dərs buraxıb"
  05 Mart 2018    Oxunub:1635
"Aparılan sorğuların nəticələrinə görə, Azərbaycanda şagirdlər dərsə həvəslə gəlirlər".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev PIRLS -2016-Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.

Onun sözlərinə görə , tədqiqata cəlb olunan 6000-ə yaxın 4-cü sinif şagirdlərinin dərsə davamiyyəti yüksək səviyyədə olub: " Bu şagirdlərin 55 faizi həmişə dərsə gəlib. Şagirdlərin 24 faizi ayda 1 dəfə , 6 faizi 2 həftədə bir dəfə, 15 faizi həftədə bir dəfə və çox dərs buraxıb" .

E.Əmrullayev əlavə edib ki , tədqiqata cəlb olunan şagirdlərin 88 faizi özünü məktəbə bağlı hiss edir. Bu, ümumi PIRLS orta göstəricisindən yuxarıdır.

Azərbaycanda həftədə bir, yaxud iki həftədə bir dəfə dərsə gəlməyən şagirdlərlə gündəlik dərsə gələn şagirdlərin göstəriciləri arasında 40 bala qədər fərq var .

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-nazirliyi   Məktəb   Dərs  





Xəbər lenti