Daha bir gəmi əsaslı təmir olunub
Bundan başqa, işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda və yeməkxanada da təmir işləri aparılıb. Hazırda gəmi heyətinin yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri göz oxşayır. Təmir çərçivəsində “Andoqa”nın sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəmi dəniz sınağından uğurla keçib.
“Andoqa” təchizat-yedək gəmisi dənizdə neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında istismar olunur. Uzunluğu 67,58 metr, eni 13,8 metr olan gəmi “Wartsila” firmasının istehsalı olan 2ədəd 9R32 tipli, 2х3915 at gücünə malik mühərriklərlə təchiz edilib.
AzVision.az